Elçin Məmmədov Çempionlar Liqası matçında

13:45 - 15 Oktyabr 2014

BATE - "Şaxtyor" oyununa təyinat aldı

 

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyuna təyinat alıb. 

 

Sportal.az xəbər verir ki, oktyabrın 21-də, Borisov şəhərindəki Borisov Arenada keçiriləcək BATE (Belarus) - "Şaxtyor" (Donetsk, Ukrayna) oyununda tədbirin direktoru (UEFA Venue Director) həmyerlimiz olacaq.

Xəbər xətti