"Xəzər Lənkəran" - "Bakı": prevyu

19:30 - 15 Oktyabr 2014

Komandalar 38-ci dəfə qarşılaşacaq

 

 Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra Azərbaycan Premyer Liqasında VIII turun oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, cənubluların turdakı rəqibi “Bakı” olacaq. “Ağ-yaşıllar” ilk dəfə 10 il əvvəl qarşılaşdığı paytaxtın eyniadlı təmsilçisi bütün yarışlar nəzərə alınmaqla 38-ci dəfə üz-üzə gələcək.

Premyer Liqaya təsadüf edən 28 matçda da “Xəzər Lənkəran” oyunların sayı qədər fərqlənib. Çempionatda top fərqində (28-29) geridə olan “Xəzər Lənkəran” 7 qələbə qazanıb, 12 heç-heçə edib və 9 dəfə məğlubiyyətlə barışıb.

Ölkə çempionatında 15-ci dəfə “Bakı”nı qəbul edəcək Lənkəran təmsilçisi ev oyunlarında üstünlüyə malikdir. Əvvəlki 14 qarşılaşmada 6 qələbəsi olan “Xəzər Lənkəran” 4 dəfə heç-heçə edib və 4 dəfə məğlub olub. Bu görüşlərdə “ağ-yaşıllar” 19, bakılılar 11 qol sevinci yaşayıb.

Qeyd edək ki, bazar gününün yeganə qarşılaşması olan "Xəzər Lənkəran" - "Bakı" matçına 19 oktyabr, saat 17:00-da start veriləcək.

Xəbər xətti