Prezident və xanımı stadionda

21:00 - 15 Oktyabr 2014

Görülən işlərlə yerindəcə tanış olublar

 

Azərbaycan prezidenti İlham Əliyev və Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişiylə tanış olublar.

 

Sportal.az xəbər verir ki, dövlət başçısı və xanımı Bakı Olimpiya Stadionunda ayrı-ayrı inşaat sahələrini gəziblər, görülən işlərlə yerindəcə tanış olublar.


Ölkə başçısına ötən müddətdə görülən işlər barədə ətraflı məlumat verilib.


Tikinti işlərinin gedişiylə tanış olan İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib (azərtac).

 

Azərbaycan prezidenti bir müddət əvvəl də Olimpiya stadionuna baş çəkmişdi.

Xəbər xətti