VIII turun qarşılaşması
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra Premyer Liqada VIII turun oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran"ın bu turdakı rəqibi “Bakı” olacaq. . “Ağ-yaşıllar” ilk dəfə 10 il əvvəl qarşılaşdığı paytaxtın eyniadlı təmsilçisi bütün yarışlar nəzərə alınmaqla 38-ci dəfə üz-üzə gələcək.
Premyer Liqaya təsadüf edən 28 matçda da komandamız oyunların sayı qədər fərqlənib. Çempionatda top fərqində (28-29) geridə olan “Xəzər Lənkəran” 7 qələbə qazanıb, 12 heç-heçə edib və 9 dəfə məğlubiyyətlə barışıb.
Ölkə çempionatında 15-ci dəfə “Bakı”nı qəbul edəcək komandamız ev oyunlarında üstünlüyə malikdir. Əvvəlki 14 qarşılaşmada 6 qələbəsi olan “Xəzər Lənkəran” 4 dəfə heç-heçə edib və 4 dəfə məğlub olub. Bu görüşlərdə “ağ-yaşıllar” 19, bakılılar 11 qol sevinci yaşayıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Bakı" matçına 19 oktyabr, saat 17:00-da start verilcək.
saytlarin hazirlanmasi