Əfsanəvi futbolçu klub prezidenti olacaq
Əfsanəvi futbolçu Romario klub prezidenti seçilib.
Sportal.az xəbər verir ki, Braziliya millisinin sabiq futbolçusu ölkəsinin “Amerika” klubunun prezidenti vəzifəsinin yerinə yetirəcək.
Qeyd edək ki, Romarionun atası "Amerika" klubunun azarkeşi olub və oğlunun nə vaxtsa bu klubda çıxış etməsini arzulayıb. Atasının istəyini həyata keçirən Romario onun ölümündən sonra kluba tez-tez maddi cəhətdən dəstək olub.