"Xəzər Lənkəran" "Bakı" ilə matça 3 itki ilə hazırlaşır

12:35 - 17 Oktyabr 2014

Son hazırlıqları edir

 

Son üç gündə məşqlərini paytaxtda davam etdirən “Xəzər Lənkəran” dünən doğma şəhərə dönüb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  "ağ-yaşıllar" qısa fasilədən sonra axşam məşqini də Lənkərandakı bazasında keçirib

 

Hazırda Uğur Pamuk və Rəşad Sadiqovla yanaşı Ağabala Ramazanov da zədə səbəbindən hazırlıqda iştirak etmir. Bu gün və sabah oyunöncəsi məşqlərini tamamlayan komanda daha sonra oyun saatını gözləyəcək.

 

Qeyd edək ki, "Xəzər Lənkəran"ın 8-ci tur çərçivəsindəki rəqibi paytaxtı təmsil edən “Bakı” klubu olacaq. Matç oktyabrın 19-da, saat 17:00-da start götürəcək.

Xəbər xətti