Komandamızın oyunları Çexiyada təşkil olunacaq
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin püşkatması keçirilib.
Sportal.az xəbər verir ki, püşkün nəticəsinə əsasən təmsilçimiz “Araz” klubu "Dina" (Moskva, Rusiya), "Slov-Matik" (Slovakiya) və "Xrudim" (Çexiya) komandaları ilə B qrupunda mübarizə aparacaq.
Bu qrupun oyunları Çexiyada təşkil olunacaq.
Qeyd edək ki, “Araz” hazırda futzal klublarının UEFA reytinq siyahısında İspaniyanın “Barselona” və Qazaxıstanın “Kayrat” klubundan sonra 3-cü pillədə qərarlaşıb.