Xorvatiya Argentinaya qarşı
Azərbaycan millisinin AVRO - 2016-nın qrup mərhələsindəki rəqibi Xorvatiya yığması Argentinayla üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, komandalar yoldaşlıq görüşündə qarşılaşacaqlar. Matç noyabrın 12-də İngiltərədə keçiriləcək.
Bu vaxta kimi komandalar üç dəfə üz-üzə gəlib. 2006-cı ildə keçirilən son yoldaşlıq matçında Balkan təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.