Lionel Messi: "Real"ı udmaq mənim üçün daha vacibdir, nəinki rekord qırmaq"

11:50 - 22 Oktyabr 2014

Ulduz futbolçudan açıqlama

 

"Barselona"nın hücumçusu Lionel Messi "El Klassiko" öncəsi maraqlı fikirlər səsləndirib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, İspaniya La Liqasında 250 qolla rekorda doğru gedən Messi "Real"la olan matçı daha vacib sayaraq bunları qeyd edib:

 

"Biz qələbə üçün əlimizdən gələni edəcəyik. Dqzdü, irəlidə çox oyunlarımız var. Lakin, bu oyunda qələbə qazansaq, bizə əlavə motivasiya olacaq. Mənim üçün Bu younda qələbə daha vacibdir, nəinki Telmo Sarrinin rekordunu qırmaq."

 

Qeyd edək ki, "Real" - "Barselona" matçı oktyabrın 25-i Bakı vaxtılə saat 21:00-da start götürəcək.

Xəbər xətti