Co Hart: "2-ci hissədə əllərimi hiss eləmirdim"

12:15 - 22 Oktyabr 2014

Qapıçıdan açıqlama

 

"Mançester Siti"nin təcrübəli qapıçısı Co Hart Çempionlar Liqası çərçivəsində ÇSKA ilə keçirdikləri oyun sonrası açıqlama verib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2:2 hesabı ilə başa çatan qarşılaşmadan sonra Hart bunları qeyd edib:

 

"Birinci hissədə biz çox gözəl oyun sərgilədik. Düzünü demək gərəkirsə, nəticə ədalətli oldu. 2-ci hissədə çox zəif oyun sərgilədik. Hava çox soyuq idi. Hətta mən, 2-ci hissədə əllərimi hiss eləmirdim. Növbəti oyunumuz yenə ÇSKA-ya qarşı olacaq. Lakin, bu dəfə öz meydanımızda. Qrupdan çıxacağımıza inanıram."

Xəbər xətti