Komanda yenidən bir arada
Premyer Liqanın IX turunda səfərdə “Qarabağ”la qarşılaşacaq “Xəzər Lənkəran” bir günlük istirahətin ardından paytaxtda hazırlıqlara başlayıb.
Sportal.az xəbər verir ki, dünən Bakıda toplanan komanda saat 15:30-da Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb. “Bakı” ilə darmadağınlı oyunda çxış edən futbolçular qaçış və bərpa məşqi ilə kifayətləniblər. Qalan futbolçular isə adi qaydada hazırlaşıblar.
Qapıçı Cahangir Həsənzadə zədəli olduğundan komandadan ayrı düşüb. Bu arada isə zədəsini qismən sağaldan Rəşad Sadiqovla birgə əvəzedicinin beş üzvü də məşqə qatılıb.
Qeyd edək ki, "Qarabağ" "Xəzər Lənkəran" matçı oktyabrın 26-sı saat 18:00 da start götürəcək.