Uğur məqlərə qatıldı, Həsənzadə kənarda qaldı

01:15 - 23 Oktyabr 2014

"Xəzər Lənkəran" "Qarabağ"la matça hazırlıq görür
 
Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qarabağ”la səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlarını Bakıda davam etdirir.
 
Sportal.az xəbər verir ki, komanda bu gün  növbəti məşqini keçib. Hazırlıq prossesi Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda saat 15:30-da başlayıb.
 
Zədədən əziyyət çəkən qapıçı Cahangir Həsənzadənin qatılmadığı, Uğur Pamukun isə fərdi qaydada çalışaraq, qismən qoşulduğu məşq saatyarım davam edib. Hazırlığın ardından komanda yoldaşları 26-yaşı tamam olan Alfred Sankonu doğum günü münasibəti ilə təbrik ediblər.
 
Mənbə: 12cioyuncu.info 

Xəbər xətti