CAR yığmasının kapitanı güllələnərək öldürüldü

13:25 - 27 Oktyabr 2014

Qapıçı naməlum şəxslər tərəfindən öldürülüb

 

CAR yığmasının qapıçısı və kapitanı olan Senzo Meyiva  Yohanesburq yaxınlığındakı evlərin birində güllələnib. Polislərin bildirdiyinə görə hadisəni törədənlər 3 nəfər oğru olub.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 27 yaşlı qapıçı hadisə yerində dünyasını dəyişib. 

 

Qeyd edək ki, hadisəni törədən şəxslər barədə məlumat verən insana 14 min dollar mükafat veriləcək. 

Xəbər xətti