UEFA-nın saytından klubumuzla bağlı kobud səhv

16:40 - 27 Oktyabr 2014

Qurum "Araz Naxşıvan"ı MKT-Araz adlandırdı

 

UEFA-nın rəsmi saytında Azərbaycan Premyer Liqasının debütantı "Araz-Naxçıvan" klubu ilə bağlı kobud səhvə yol verilib.

Sportal.az xəbər verir ki, komanda ali futbol qurumunun saytında "Araz Naxçıvan" kimi deyil, MKT-Araz klubu kimi təqdim olunub.

Həmçinin saytda komandanın öz loqosu əvəzinə iki il öncə fəaliyyətini dayandıran MKT-Araz klubunun loqosu yerləşdirilib.

Qeyd edək ki, daha öncə UEFA-nın rəsmi saytında Azərbaycanın futzal klubu "Araz" MKT-Araz kimi təqdim edilmişdi.

 

Mənbə: Qol.AZ

Xəbər xətti