Turnirə hazırlıqla tanış olublar
Ölkəmizdə 2016-ci ildə təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatına hazırlıq işləri ilə tanış olmaq üçün UEFA nümayəndələri Bakıda səfərdədir.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AFFA nümayəndələri ilə görüş keçirən qonaqlar stadionların və otellərin vəziyyəti ilə tanış olurlar.
Bu gün səhər UEFA nümayəndələri Bayıl Arena stadionuna baxış keçiriblər. Qonaqlar daha sonra "Dalğa Arena", T.Bəhramov adına Respublika stadionu, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, “Bakı” Futbol Klubunun təlim-məşq bazası və Qəbələ şəhər stadionu ilə tanış olacaqlar.
saytlarin hazirlanmasi