Sezonun ən yaxşıları müəyyənləşib
İspaniya Futbol Federasiyası 2013/2014 mövsümündə La Liqanın ən yaxşı futbolçularını seçib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "La Liqanın ən yaxşı futbolçusu", "Ən yaxşı hücumçu" və "Ən yaxşı qol" mükafatlarını qazanan Kriştiano Ronaldo mövsümün ən yaxşısı olub.
Mövsümün ən yaxşı baş məşqçisi isə "Atletiko" ilə möhtəşəm oyun sərgiləyən Dieqo Simeone olub.
Digər mövqelərdə isə ən yaxşılar bunlardır:
Ən yaxşı qapıçı: Keylor Navas ("Levante"/"Real")
Ən yaxşı müdafiəçi: Serxio Ramos ("Real")
Ən yaxşı yarımmüdafiəçi: Luka Modriç ("Real")
Ən yaxşı hücumameyilli yatımmüdafiəçi: Andres İnyesta ("Barselona")
Gələcək vəd edən futbolçu: Rafinya ("Selta")
saytlarin hazirlanmasi