Turin təmsilçisinin müdafiəçisi zədələndi
Avropa nəhənglərindən sayılan "Yuventus" klubu ciddi itki ilə üzləşib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 33 yaşlı cinah müdafiəçisi Patris Evranın sol ayağında ciddi zədə aşkarlandığından, 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, fransalı təcrübəli futbolçu cari mövsümdə "Mançester Yunayted"dən "Yuventus"a gəlib.
saytlarin hazirlanmasi