"Yuventus"un hücumçusu millinin heyətində
"Yuventus" klubunun təcrübəli hücumçusu Karlos Teves üç ildən sonra Argentina millisinə dəvət alıb.
Sportal.az xəbər verir ki, futbolçu Portuqaliya və Xorvatiyaya qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün milliyə çağrılıb.
Qeyd edək ki, Teves millidə sonuncu dəfə 2011-ci ildə Uruqvaya qaşı oynayıb.