Zepp Blatter: “Qızıl top” Messiyə deyil, Noyerə verilməli idi”

01:45 - 29 Oktyabr 2014

Beynəlxalq qurumun rəhbəri sorğunun düzgün aparılmadığından gileyləndi 
 
DÇ-2018-in loqotipinin təqdimolunması və təşkilatçılıq işlərlə bağlı müzakirələr aparmaq üçün  FİFA prezidenti Zepp Blatter Rusiyaya səfər edib.
 
Sportal.az xəbər verir ki, Ali qurumun rəhbəri toplantıda geridə qalan mundialla bağlı maraqlı açıqlamalar ver5ib.
 
Zepp Blatter DÇ-2014-ün ən yaxşı oyunçusu olan Lionel Messini qızıl topa layiq olmadığını deyib:
 
“Qızıl top” mükafatı Messinin olmamalı idi. Bunu eşidəndə çox məyus oldum. Məncə, komitə üzvləri yanlış qərar verdilər. Əslində, komitə üzvləri sorğunun final mərhələsində özünü yaxşı tərəfdən göstərən 10 futbolçu arasında seçiləcəyini demişdilər. Mənə görə, mundialın ən yaxşı futbolçusu Manuel Noyer olmalıydı. “Qızıl top” mükafatı almaniyalı qapıçıya verilməliydi. “Gümüş top”a Tomas Müller, “Bürünc top”a isə Aryen Robben layıq görülməli idi.  

Xəbər xətti