Millimiz gerilədi

11:30 - 4 May 2015

1 pillə geriləyərək...

 

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisi ötən siyahı ilə müqayisədə mövqeyini dəyişərək 1 pillə geriləyib. Ötən siyahıda dünyanın 13-cü komandası olan yığmamız artıq 14-cü pillədə qərarlaşıb.

 

Geriləməyə səbəb millimizin hesabındakı xalların azalmasıdı. Əvvəl 1366 xala malik olan komandamız 12 xal itirdiyindən bu rəqəm 1354-ə enib. Bu azalma isə Sloveniyanın millimizi keçməsi ilə nəticələnib.

 

Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir – 1922 xal. Braziliyanın 1910 xalla 2-ci olduğu reytinqin 3-cü pilləsində Rusiya yer alıb – 1746 xal.

Xəbər xətti