Adı "Real"la hallanan futbolçu: "Mən "Çelsi"də xoşbəxtəm"

19:36 - 4 May 2015

"Atletiko"da iki möhtəşəm mövsüm keçirdim"

 

Son vaxtlar adı Madrid "Real"ı ilə hallanan "Çelsi"nin belçikalı qapıçısı Tibo Kurtua komandadan ayrılması məsələsinə aydınlıq gətirib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 22 yaşlı qolkiper öz açıqlamasında bunları qeyd edib:

 

"Real"? Mən "Çelsi"də çox xoşbəxtəm. Mənim hələ 4 illik müqaviləm var. "Atletiko"da 2 möhtəşəm mövsüm keçirdikdən sonra karyeramı "Çelsi" kimi komandada keçirmək gözəl hisslərdi".

Xəbər xətti