Qarşılaşma Vladiqafqazda baş tutacaq
Nazim Süleymanovun 50 illik yubileyi münasibəti ilə "Neftçi" ilə Rusiyanın "Alaniya" klublarının veteranları arasında keçirilməsi nəzərdə tutulan futbol matçının vaxtı məlum olub.
Sportal.az xəbər verir ki, matç mayın 23-də Vladiqafqazda oynanılacaq. Süleymanov hər komandanın heyətində bir hissə forma geyinəcək. Tərəflər Bakıda cavab matçı da keçirəcək. Lakin həmin oyunun vaxtı hələlik dəqiqləşməyib.
saytlarin hazirlanmasi