Fransalı nazir Avropa Oyunlarına gəlir

13:33 - 5 May 2015

Açılış mərasimində iştirak edəcək

 

Fransanın şəhərsalma, gənclər və idman naziri Patrik Kanne I Avropa oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib.

 

O qeyd edib ki, Bakıda keçiriləcək I Avropa oyunlarında 400-ə yaxın fransız idmançısının iştirak edəcəyi planlaşdırılır. Fransalı idmançılar əksər idman növlərində təmsil olunacaq.

 

Xatırladaq ki, "Bakı-2015" I Avropa oyunları iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək. Oyunlarda 49 ölkədən 6000-ə yaxın idmançı iştirak edəcək və 20 idman növündə mübarizə aparacaq. Yarışlar Bakıda və Mingəçevirdə keçiriləcək.

Xəbər xətti