Daha bir jurnalist klubdan ayrıldı

00:15 - 6 May 2015

"Əlincə"də istefa

 

Daha bir klubda gözlənilməz ayrılıq baş verib.Sportal.az xəbər verir ki, ötən ilin avqust ayında “Əlincə”nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə gətirilən həmkarımız Vüsal Hacıyev işdən azad edilib.

 

Elincefk.com saytının bütün yükünü öz çiyinlərində daşıyan həmkarımızın postundan uzaqlaşdırılması müxtəlif suallar doğurur. İndiyə kimi “Əlincə”nin tanınmasında, reklamında və inkişafında xüsusi əməyi keçən Hacıyevin gedişi gözlənilməz oldu. (sportinfo.az) 

Xəbər xətti