Azərbaycan yığmasının heyəti açıqlandı

17:25 - 6 May 2015

Komandamız dünya çempionatına 15 idmançıyla yollanır
 
Mayın 13-də Rusiyada start götürəcək taekvondo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
 
Sportal.az xəbər verir ki, Çelyabinsk şəhərindəki “Traktor” arenasında  5 gün davam edəcək mundialda ölkəmizi  15 idmançı təmsil edəcək.
 
Kişilərdən ibarət millimiz mundialda Mikayıl Əliyev (54 kq), Məhəmməd Məmmədov (58 kq), Sina Bahrami (63 kq), Ayxan Tağızadə (68 kq), İlkin Şahbazov (74 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (87 kq), və Əhməd Mohammadiylə (+87 kq) mübarizə aparacaq. 
 
Qadınlar isə 7 taekvondoçu ilə təmsil olunacaq. Bu mötəbər yarışda Çeren Özbək (46 kq), Patimat Abakarova (49 kq), Lazara Caridad Povea (53 kq), Günay Ağakişiyeva (57 kq), Daria Skorko (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeevanı (73 kq) mübarizə aparacaq. 
 
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Rusiyaya yollanacaq. Komandamız vətənə ayın 18-də dönəcək.
  

Xəbər xətti