Yaya Ture "İnter"ə keçməyə razılıq verdi

21:00 - 6 May 2015

İlinə 5 milyon avro

 

"Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Ture karyerasını İtaliyada davam etdirəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu 8 milyon avro qarşılığında "İnter"ə keçməyə razılıq verib. Ture Milan klubunda ilinə 5 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Yaya bu mövsüm "şəhərlilər"in heyətində çıxdığı 35 matçda 10 qol və 1 asistlə yadda qalıb.

Xəbər xətti