AFFA "Ailə Turniri" adlı futbol festivalı təşkil edir

01:15 - 9 May 2015

Turnir zamanı əyləncəli yarışmalar təşkil olunacaq 
 
AFFA və UNİCEF-in birgə təşkilatçılığı, AccessBank-ın sponsorluğu və JW Mariott Absheron Hotel Bakının tərəfdaşlığı çərçivəsində AFFA “Ailə Turniri” futbol festivalı təşkil edir.
 
Sportal.az xəbər verir ki, festival UNICEF-in uşaq zorakılığına qarşı #ENDViolence kampaniyası çərçivəsində mayın 24-də “Dalğa Arena”da keçiriləcək.
 
Turnir zamanı əyləncəli yarışmalar təşkil olunacaq və bütün iştirakçılara hədiyyələr təqdim olunacaq. Yerlər məhduddur. 
 
Əlavə məlumat almaq və qeydiyyatdan keçmək üçün bu linkə daxil ola (http://qeydiyyat.affa.az/ ) və ya AFFA-nın inzibatı binasına yaxınlaşıb qeydiyyat blanklarını əldə edə bilərsiniz.

Xəbər xətti