Qarşılaşmada 6 qol
"Tour d’Azerbaïdjan-2015" veloyürüşünü işıqlandırmaq üçün Qəbələdə səfərdə olan jurnalistlər arasında futbol matçı keçirilib.
Sportal.az xəbər verir ki, matç zamanı azərbaycanlı və əcnəbi media mənsubları bir-birinə rəqib olub.
Görüş 8 may - Şuşanın işğalının 23-cü ildönümü ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayıb. Qalib isə azərbaycanlı media mənsubları olub - 6:0.
Oyundan öncə əcnəbi qonaqlar Qələbə şəhər stadionunu gəzərək oradakı şəraitlə tanış olublar.
saytlarin hazirlanmasi