"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısının yeni iş yeri uğurlu alındı
“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Rednik “Dinamo” Buxarest klubuna baş məşqçi təyin olunub.
Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı yeni klubu ilə ilk oyundaca qələbə qazanıb. Onun komandası səfərdə Georqe Hacının klubu olan “Viitorul”u 2:0-hesabı ilə məğlub edərək turnir cədvəlində bir pillə yuxarı qalxıb. Qarşıdakı 3 turda Rednik yeni klubu ilə maksimum xal toplamaq əzmindədir. Qeyd edək ki, Rumıniya çempionatının təqviminə görə Mirça Rednikin komandası mayın 15-də öz meydanında “Gaz Metan”ı qəbul edəcək, mayın 23-də “Petrolul”la səfərdə qarşılaşacaq və may ayının 28-də baş tutacaq son turda “Astra Giurgiu” klubu ilə evdə görüşərək mövsümü bitirəcək.
saytlarin hazirlanmasi