Dünyanın ən məhsuldar futbolçuları

15:16 - 9 May 2015

Siyahıda 42 futbolçu yer alıb
 
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar oyunçularının siyahısını açıqlayıb.
 
Sportal.az xəbər verir ki, siyahıda 42 futbolçu yer alıb. 2015-ci ilin aprel ayının sonuna qədər keçirilən beynəlxalq görüşlərdə 3 futbolçu vurduqları 7 qolla 1-3-cü pillələri bölüşürlər.
 
Bunlar argentinalılar - Daro Beneditto ("America", Meksika) və Qustavo Bou ("Rasinq", Argentina), həmçinin belçikalı Romelu Lukakudur ("Everton", İngiltərə).
 
Hər üç futbolçu qitə miqyaslı turnirlərdə rəqib qapısından 7 qol keçirib.

Xəbər xətti