Tərlan Əhmədov: "Fasilədən sonra qələbə həvəsindəydik"

19:30 - 9 May 2015

"Düşünürəm ki, oyun nəticə baxımından çox da vacib deyildi"
 
Bu gün Premyer Liqanın 33-cü turunda AZAL səfərdə "Bakı"nı 2:0 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov qələbə haqda fikirlərini bildirib:
 
"İlk növbədə komandamı qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, oyun nəticə baxımından çox da vacib deyildi. Lakin fasilədən sonra qələbə həvəsindəydik. Əlimizdə olan heyəti bu oyuna köklədik. Düzdür, mən son 1 həftədə komandanın yanında ola bilmədim. Pro kurslarında iştirak etdiyim vaxt köməkçi məşqçilər komandanı oyuna yaxşı hazırlaya bilmişdilər. İndi əsas məqsəd komandanı qarşıdakı oyuna hazırlamaqdır".

Xəbər xətti