Hollandiyada maraqlı hadisə: Meydana anaları ilə çıxdılar

21:14 - 10 May 2015

"Ayaks" analar gününü belə təbrik etdi
 
Hollandiyanın "Ayaks" klubu beynəlxalq analar gününü özünəməxsus qeyd edib.
 
Sportal.az xəbər verir ki, Erediviziyanın 33-cü turu çərçivəsində "Kambur"u qəbul edən Amsterdam təmsilçisinin futbolçuları, meydana həmişəki kimi azyaşlı uşaqların yox, analarının əlindən tutaraq çıxıblar.
 
Hollandiya da daxil olmaqla dünyanın bir çox ölkəsində analar günü hər il may ayının ikinci bazar günü qeyd edilir.
 

Xəbər xətti