"Xəzər Lənkəran"ın bərpa məşqi

20:45 - 29 Oktyabr 2015

İstirahətsiz davam

 

Premyer Liqanın son turunda “Sumqayıt”a evdə məğlub olan “Xəzər Lənkəran” istirahətsiz hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda bu gün saat 12:00-da stadionun ehtiyat meydançasında oyunsonrası bərpa məşqini keçirib.

 

Topsuz çalışmalar, müxtəlif fiziki hərəkətlərin yerinə yetirilməsindən ibarət olan və bir saatdan çox sürən hazırlıq prossesinin ardından futbolçular baza-oteldə istirahətə çəkiliblər. Növbəti məşq oktyabrın 30-da saat 16:00-da yenə də ehtiyat meydançada baş tutacaq.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XI turu çərçivəsində noyabrın 2-də səfərdə “Rəvan”la qarşılaşacaq. (12cioyuncu.info)

Xəbər xətti