Finalda 2:1 hesabı ilə qalib gəldi
Qadın Tennis Birliyi tərəfindən təşkil olunan WTA tennis turnirinin qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Sinqapurda təşkil edilən turnirin finalında polşalı Aqnieska Radvanska və çexiyalı Petra Kvitova qarşılaşıb.
Turnirdə ilk dəfə final oynayan Radvanska rəqibini ilk setdə 6:2 hesabı ilə məğlub edib. 2011-ci ildə bu turnirin qalibi olan Kvitova ikinci setdə 6;4 qalib gəlib və hesabı bərabərləşdirib. Həlledici setdə 6:3 hesabı ilə qalib gələn polşalı roketka ustası Radvanska ilk dəfə bu turnirin qalibi olub. Gərgin keçən final görüşü 2 saat 5 dəqiqə davam edib.
saytlarin hazirlanmasi