Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, şansları bitən “Qəbələ” isə ilk qələbəsini qazanmaq arzusundadır. “Qırmızı-qaralar” evdə Belçika “Anderlext”ini qonaq edəcək.
20:00. “Qəbələ” (Azərbaycan) – “Anderlext” (Belçika) 1:3
Qollar: Rikardinyo, 16 (pen.) - Yuri Tilemans, 11, Massimo Brumo, 90, Lukaş Teodorçik, 90+4
Hakimlər: Yevgeni Aranovski, Sergey Bekker, Aleksandr Voytyuk, Semyon Şlonçak
Əlavə köməkçi hakimlər: Anatoli Abdula, Anatoli Jabçenko (hamısı Ukrayna)
Hakim-inspektor: İqor Satkiy (Moldova)
UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)
Bakı. 8-ci km qəsəbə stadionu