Rəşad Sadiqov "Qəbələ" ilə başa çatan müqaviləsini uzatmayacaq. Təcrübəli futbolçu "qırmızı-qaralar"ı tərk edib.
Sportal.az-ın əldə etdiyi məlumata görə, Sadiqovun yeni klubu böyük ölçüdə müəyyənləşib. 34 yaşlı yarımmüdafiəçi "Neftçi" ilə razılığa gəlib. Təcrübəli futbolçu karyerasını yenidən paytaxt klubunda davam etdirəcək.
Sadiqov geridə qalan mövsüm ərzində ümumilikdə 35 oyun keçirib.
Qeyd edək ki, Rəşad Sadiqov 2004/06 və 2012/14-cü illərdə "Neftçi"də çıxış edib.
saytlarin hazirlanmasi