“Real”In futbolçusu Danilo komandadan ayrılıb.
Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını “Mançester Siti”də davam etdirəcək. 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Bu keçid üçün “şəhərlilər” Madrid klubuna 35 milyon avro ödəyib.
Qeyd edək ki, ötən mövsüm “Real”ın heyətində 17 oyuna çıxan Braziliya millisinin üzvü 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Danilo 2015-ci ildə "Portu"dan 31,5 milyon avroya "Real"a keçmişdi.
saytlarin hazirlanmasi
