“Vest Hem” “Stok Siti”nin və Avstriya millisinin hücumçusu Marko Arnautoviçin transferini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, “çəkicdöyənlər” 28 yaşlı forvardla 5 illik müqavilə imzalayıb. Paytaxt klubu serb əsilli avstriyalı futbolçu üçün 28 milyon avro ödəyib. Bu, London klubunun tarixində ən bahalı keçidi olub.
Arnautoviç son mövsümdə şans qazandığı 35 oyunda 7 qola imza atıb.
saytlarin hazirlanmasi
