Erməni futbolçu Ramil Şeydayevlə komanda yoldaşı oldu

15:40 - 24 İyul 2017

Milli komandamızın futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” transfer fəaliyyətini davam etdirir. Son Slovakiya çempionu heyətinə erməni futbolçu Vahan Bıçaxçıyanı qatıb.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yer alıb. Xəbərdə qeyd edilir ki, "Jilina" gələcəyin istedadlı futbolçusu hesab edilən 18 yaşlı futbolçunun keçidiylə bağlı onun üzvü olduğu “Şirak” klubuyla danışıqlarda müsbət nəticə əldə edib və onunla müqavilə imzalayıb.

 

Daha öncə futbolçuyla “Benfika”, ”Qalatasaray”, “Zenit” və ÇSKA kimi klubların maraqlandığı barədə xəbərlər yayılmışdı. "Şirak" hətta rəsmi saytı vasitəsilə Bıçaxçıyanı "Qalatasaray"a heç bir halda satmayacaqları bəyan etmişdi.

 

Qeyd edək ki, 18 yaşlı yarımmüdafiəçi sol cinahda çıxış edir. Bıçakçıyan ötən mövsüm “Şirak”"ın heyətində 28 oyuna 6 qol vurub və 5 assist edib. Gənc oyunçu oyun stilinə görə "Mançester Siti"də forma geyinən Kevin De Brüyneyə bənzədilir.

 

Prichádza ďalší mladý talent, Bichakhc​hyan z Arménska

Xəbər xətti