"Mançester Siti"dən rəsmi transfer

17:14 - 24 İyul 2017

"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Monako"nun müdafiəçisi Benjamin Mendini transfer edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, Fransa millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

 

23 yaşlı müdafiəçinin keçidinə görə "şəhərlilər" Fransa klubuna 58 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Mendi "Monako"ya 2016-cı ildə "Marsel"dən 13 milyon avroya transfer olmuşdu. O, son mövsümdə "knyazlıq" təmsilçisinin heyətində 39 matçda 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti