“Neftçi”dən ayrılan futbolçu rəsmən Premyer Liqa klubunda

11:13 - 26 İyul 2017

“Neftçi”dən ayrılan Georgi Navalovskinin Rusiyanın "SKA-Xabarovsk" klubuna keçidi rəsmiləşib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə azad agent kimi anlaşma əldə olunub.

 

O, karyerası ərzində üçüncü dəfə bu komandanın formasını geyinəcək. Gürcüstan millisinin üzvü əvvəllər 2012/13 mövsümünün ikinci yarısında, 2013/14 mövsümündə bütövlükdə və 2015/16 mövsümünün ikinci yarısında SKA-nın uğurları üçün çalışıb.

 

Müdafiəçi SKA-da ilinə 300 min dollar qazanacaq. Komanda çempionatda qalsa, gürcüstanlı futbolçuya 100 min dollar mükafat verəcək.

 

Qeyd edək ki, Navalovski “Neftçi”yə ötən mövsümün ikinci yarısında “Veria”dan transfer olunmuşdu.

Xəbər xətti