Sərdar İtaliya nəhənginə keçdi

11:36 - 26 İyul 2017

Rusiyanın "Rubin" klubunun iranlı futbolçusu Sərdar Azmun karyerasını İtaliya A seriyasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı forvard “Latsio” klubuna keçib. Bu barədə məlumatı "footballitalia" nəşri yayıb. Məlumatda bildirilir ki, Azmun Kazan təmsilçisindən paytaxt klubuna 18 milyon avroya transfer edilib.

.

Azmun İran yığmasının kapitanıdır. Gənc oyunçu millidə 26 oyuna 19 qol vurub.

Xəbər xətti