Kipr çempionatında 11-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda Nikosiya “Olimpiakos”u ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 5:1.
Araz da bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana buraxılıb.
Geridə qalan turlarda 22 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.
saytlarin hazirlanmasi