Rusiya 1-ci divizionunda 21-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Fakel” doğma meydanda Sankt-Peterburq “Dinamo”su ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Samir bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə bu görüşün iştirak ərizəsində yer almayıb.
"Fakel" geridə qalan turlarda topladığı 20 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi