Portuqaliya Sequndasında 13-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası doğma meydanda “Oliveyrense” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.
21 yaşlılardan ibarət milli komandamızın kapitanı da bu matçın iştirakçısı olub. O, görüşün 79-cu dəqiqəsində meydana daxil olub. Lissabonlular Nəsirov meydana daxil olandan cəmi 1 dəqiqə sonra ikinci qolu rəqibin qapısındn keiriblər.
Qeyd edək ki, "Sportinq" hazırda 18 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi