Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanda “Arminiya” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Qırmızı vərəqə aldığından cəzalı olan Nazarov bu qarşılaşmanın iştirakçısı olmayıb. Cəzaya görə ötən turda da Nazarovsuz oynayan "Aue" "Sant Pauli" ilə heç-heçə etmişdi - 1:1.
“Aue” geridə qalan turlarda 18 xal toplayıb və 18 klub arasında 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi