Bu gün Topaz Premyer Liqasında 24-cü tura yekun vurulub.
Sportal.az xəbər verir ki, turun ikinci oyun günündə 3 oyun baş tutub.
Bayılda son pillələrdə qərarlaşan komandaların duelində “Səbail” “Kəpəz”i qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Avrokubok və medal uğrunda mübarizə aparan "Neftçi" və "Qəbələ" "Bakcell Arena"da münasibətlərinə aydınlıq gətiriblər. "Neftçi" rəqibinə 1:0 hesabıula qalib gəlib.
Lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Ağdam təmsilçisi "Sumqayıt”ı məğlub edərək 2017/18 mövsümünün çempionu olub. Qurban Qurbanovun komandası ardıcıl beşinci, ümumilikdə altıncı çempionluğu qazanıb.
22 aprel (bazar)
17:00. “Səbail” – “Kəpəz” - 1:1
Qollar: Faruk Miya, 24 - Dario Federiko, 19
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Fazil Mürşüdov
“Bayıl Arena”
19:00. “Neftçi” – “Qəbələ” - 1:0
Qol: Ruslan Abışov, 4
Qırmızı vərəqə: Emin Mahmudov, 62 ("Neftçi")
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
8-ci km qəsəbə stadionu
19:00. “Sumqayıt” – “Qarabağ” - 0:1
Qol: Dani Kintana, 34
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
Sumqayıt. Şəhər stadionu