"Xəzər" I Divizionun 26-cı turunda evdə "Zaqatala"ya 3:2 hesabı ilə qalib gələrək çempionluğunu rəsmiləşdirdi.
Oyundan sonra "Xəzər"in baş məşqçisi Elşad Əhmədov Sportal.az-ın suallarını cavablandırıb.
- "Xəzər" debüt mövsümündə I Divizionun qalibi oldu. Fikirləriniz maraqlı olardı...
- Uşaqlar sağ olsunlar, çempion olduq. Hamı bu uğur üçün əlindən gələni etdi. "Zaqatala" ilə oyunun gərgin keçəcəyi heç kimdə şübhə doğurmurdu. Olduqca çətin matç alındı. Hesabda geri düşsək də, əzmkar oyunla qalib gəldik. Futbolçular meydanda əsl xarakter nümayiş etdirdilər. Əziyyət çəkərək çempion oldular.
- Çempionluğa inanırdız?
- Sizə deyim ki, çempion olacağımıza inanmırdım. Qış fasiləsinə komanda son pillələrdə yollanmışdı. Sadəcə, rəqiblərin səhvlərindən istifadə edə bildik. "Qaradağ Lökbatan" xallar itirməsəydi, necə çempion ola bilərdik? Onlar heç-heçə və məğlubiyyətlərlə xallar itirdi, biz də qələbələrlə irəli gedə bildik. Çətin iş idi.
- Komandanın gələcək planları nədir?
- Hələ bir tur qalıb. Ayın 11-də "Şüvəlanla" çempionatda son görüşə çıxacağıq. Ondan sonra nələrin baş verəcəyini bilmirəm. Tam dəqiq nəsə yoxdur.
- Növbəti mövsüm "Xəzər"in Quba klubu kimi Premyer Liqada çıxış edəcəyi gözlənilir...
- Bu haqda yenilik yoxdur. Bu işlə rəhbərlik məşğul olur.
saytlarin hazirlanmasi