Milli komandamız bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.
Sportal.az xəbər verir ki, yığmamız səfərdə Qaxıstan millisi ilə qarşılaşacaq.
"Astana Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, bu, millimizin Qurban Qurbanovun rəhbərliyi altında 5-ci oyunu olacaq. Bunadək 4 yoxlama oyunu keçirən yığmamız Moldova və Makedoniya ilə heç-heçə edib, Belarusa məğlub olub, Qırğızıstana qalib gəlib.
5 iyun
Yoldaşlıq görüşü
18:00 Qazaxıstan - Azərbaycan - 3:0
Qollar: Roman Murtuzayev, 12, Serikjan Mujikov, 14, Boxtiyar Zaynutdinov, 90
Baş hakim: Aleksandr Tyan
Baş hakimin köməkçiləri: Andrey Bodyan, Viktor Mardari
Dördüncü hakim: Dmitri Muntyan (hamısı Moldova)
Astana. “Astana Arena”