Federasiya Naqelsmannın müqaviləsini uzatdı

13:52 - 19 Aprel 2024

Almaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Yulian Naqelsmannla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 36 yaşlı mütəxəssisin müqaviləsinin müddəti uzadılıb. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Naqelsmann DÇ-2026-cı ilin sonuna kimi Bundestimi çalışdıracaq.

Qeyd edək ki, Yulian Naqelsmann 2023-cü ilin sentyabr ayında Almaniya seçməsinin baş məşqçisi təyin olunub.

Xəbər xətti